​“Fənərbağça”nın keçmiş futbolçusu ilk oyunda biabr oldu

Baş səhifə

Bir neçə gün əvvəl qalmaqallı şəkildə “Fənərbağça”dan ayrılan Yusif ən-Nesyri Səudiyyə Ərəbistanında uğursuzluqla üzləşib.

Metbuat.az xəbər verir ki, fevralın 2-də “Əl-İttihad” klubu ilə anlaşan məşhur hücumçu dünən axşam ilk matçına çıxıb. Amma o, azərkeşlərin ümidlərini doğrultmayıb. Əsas heyətdə meydana çıxan Yusif ən-Nesyri komandasının qalib olduğu matçda rəqib qapısından top keçirə bilməyib. Onu tənqid hədəfinə çevirən əsl səbəb isə başqadır: 1.88 sm boyu olan hücumçu 90 dəqiqə ərzində rəqib qapısına bir zərbə belə endirməyi bacarmayıb. Yerli idman mütəxəssisləri Yusif ən-Nesyrinin Səudiyyə Ərəbistanı klubuna keçidini “uğursuz transfer” adlandırıblar.

Qeyd edək ki, mərakeşli hücumçu 2024-cü ilin yayından “Fənərbağça”nın şərəfini qoruyurdu.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir