
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun digər ölkələrə silah
satışı ilə bağlı yanaşmasını dəyişdirən sərəncam imzalayıb.
Trend xəbər verir
ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Yeni qaydalara əsasən, Amerika silahlarının satışında yüksək
müdafiə xərcləri ayıran və öz regionlarında strateji əhəmiyyət
daşıyan ölkələrə üstünlük veriləcək.
Agentliyin yazdığına görə, sənəd federal qurumlara “özünümüdafiə
imkanlarına əhəmiyyətli investisiya yatırmış, mühüm mövqelər tutan
və ya əsas coğrafi regionlarda yerləşən tərəfdaşlara xarici hərbi
satışlara prioritet verilməsini” tapşırır.
Məlumata görə, bu addım müttəfiqlərə ABŞ silahlarının tədarükünü
sürətləndirmək, eyni zamanda xarici sifarişlər hesabına Amerikanın
müdafiə sənayesinin istehsal güclərini genişləndirmək məqsədi
daşıyır.

