
Bakı. Trend:
Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə peşəkar karyerasında
növbəti döyüşünə çıxıb.
Trend xəbər verir
ki, o, Niderlandın Arnhem şəhərində keçirilən “Glory 108”
turnirində rumıniyalı döyüşçü Kristian Rista ilə qarşılaşıb.
Döyüş həmiyerlimizin qələbəsi ilə yekunlaşıb. Bəhram Rəcəbzadə
rəqibini cəmi 15 saniyəyə yerə sərib.

