“3 Doors Down” qrupunun solisti Bred Arnold vəfat etdi

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin “3 Doors Down” rok-qrupunun solisti Bred Arnold 47
yaşında vəfat edib.

Trend xəbər verir
ki, bu barədə məlumat qrupun sosial media səhifəsində
yayımlanıb.




Qeyd olunub ki, Arnold uzun müddət xərçəng xəstəliyindən əziyyət
çəkirdi. 2025-ci ilin may ayında o, böyrək xərçəngi diaqnozu
qoyulduğunu açıqlamış və bu səbəbdən qrupun yay turnesi ləğv
edilmişdi.

“3 Doors Down” qrupu 1996-cı ildə Missisipidə yaradılıb. Qrup
2000-ci ildə debüt albomu “The Better Life” ilə tanınıb. Onların ən
məşhur mahnıları arasında “Kryptonite” və “Here Without You” da yer
alır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir