ABŞ Ədliyyə Nazirliyi “Netflix”in mümkün antiinhisar pozuntularını araşdırır

Baş səhifə

Bakı. Trend:

ABŞ Ədliyyə Nazirliyi “Netflix” şirkətinin qanuni rəqabət
prinsiplərini pozan metodlardan istifadə edib-etmədiyini araşdırır.
Araşdırma yayım platformasının “HBO Max” xidmətini də əhatə edən
“Warner Bros. Discovery”ni satın alma planı ilə əlaqədardır.

Trend xəbər verir
ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.




Bildirilib ki, nazirlik “Netflix”in “Warner Bros. Discovery”ni
satın almasının şirkətin bazardakı dominant mövqeyini
möhkəmləndirib-möhkəmləndirməyəcəyini və ya gələcəkdə
inhisarlaşmaya səbəb olub-olmayacağını qiymətləndirir. ABŞ
qanunvericiliyinə əsasən, tənzimləyici qurumlar bazarda
inhisarlaşma riski yaradan müqavilə və razılaşmaları bloklamaq üçün
geniş səlahiyyətlərə malikdir.

Qeyd edək ki, “Netflix” “Warner Bros. Discovery”nin aktivlərinin
bir hissəsini 83 milyard dollar məbləğində satın almağı
planlaşdırdığını açıqlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir