Premyer Liqada XIX tura start veriləcək

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasında XIX tura bu gün start veriləcək.

Trend xəbər verir
ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.




Günün ilk oyununda “Sabah” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul
edəcək. Görüş saat 16:00-da başlayacaq. Hazırda meydan sahibləri 43
xalla 1–ci, qonaqlar isə 27 xalla 6-cı pillədə qərarlaşıblar.

Turun digər oyununda isə “Zirə” “Sumqayıt”ın qonağı olacaq.
Qarşılaşma saat 18:30-da start götürəcək. Meydan sahibləri 30 xalla
4-cü, qonaqlar isə 29 xalla 5-ci pillədə qərarlaşıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir