Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena
Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər.

Trend xəbər verir ki, məscid
1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx
Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib. Gəncənin
mərkəzində yerləşən bu abidə orta əsr Azərbaycan memarlığının
portal-günbəz ənənələrini, lakonik və ifadəli bədii-konstruktiv
xüsusiyyətlərini özündə birləşdirir.




Sonda Leyla Əliyeva və Alena Əliyevaya “Qurani-Kərim” hədiyyə
olunub.

Qeyd edək ki, məscid 2008-ci ildə Prezident İlham Əliyevin
təşəbbüsü ilə bərpa olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir