
Bakı. Trend:
Gəncə Dövlət Dram Teatrında “İsi və Piti” animasiya serialının
premyerası keçirilib.
Trend xəbər verir ki, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva
tədbirdə iştirak ediblər. Premyera Azərbaycan Animasiya
Assosiasiyasının təşkilatçılığı ilə “ANİMAFİLM Gəncədə” festivalı
çərçivəsində keçirilib.
Festivalda tamaşaçılara maarifləndirici uşaq animasiya serialı –
“İsi və Piti” serialının iki bölümünün premyerası ilə yanaşı,
“Bum-bum” və “Yer və Ay” qısametrajlı animasiya filmləri təqdim
olunub. Gəncə şəhərinin məktəbəqədər təhsil müəssisələrində çalışan
müəllimlər və burada təhsil alan uşaqlar animasiya filmlərini böyük
maraq və yüksək əhvali-ruhiyyə ilə izləyiblər.
Festivalda, həmçinin uşaqlara insan və təbiət vəhdətini, ekoloji
problemlərin planetimizə təsirini izah edən, hamını Vətəni, ana
təbiəti və Yer kürəsini qorumağa səsləyən Azərbaycan və Özbəkistan
animasiya mütəxəssislərinin birgə istehsalı olan “Yer və Ay”
qısametrajlı animasiya filmi nümayiş olunub.

