Güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Baş səhifə

Azərbaycanın qadın güləşçisi Zəhra Kərimzadə Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan 2026-cı ilin ilk reytinq turnirində bürünc medal qazanıb.

Bu barədə Metbuat.az-a Azərbaycan Güləş Federasiyasından bildirilib.

Nərgiz Səmədova (53 kq) təsnifat mərhələsində polşalı Roksana Marta Zasınaya (0:10), təsəlliverici görüşdə isə yaponiyalı Umi İmaya (1:13) məğlub olub.

Jalə Əliyeva (57 kq) startda brazilyalı Culya Penalberaya (4:14) uduzaraq mübarizəni erkən başa vurub.

Zəhra Kərimzadə (72 kq) 1/4 finalda türkiyəli Buse Tosuna (0:2) məğlub olsa da, bürünc medal uğrunda mübarizədə yaponiyalı Mahiro Yoşitakeni 4:1 hesabıyla üstələyib.

Qeyd edək ki, yarışda ölkəmizi qadın güləşi üzrə millimiz təmsil edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir