
Bakı.Trend:
Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, “Sulutəpə” dairəsi
istiqamətində yolun asfalt örtüyünün yenilənməsi yaxın saatlarda
yekunlaşacaq.
Bu barədə Trend-in
sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, yolda sadəcə asfalt örtüyü yenilənir.
Məlumat üçün bildirək ki, Bakı–Sumqayıt yolunun Sulutəpə dairəsi
istiqamətində yolda asfalt örtüyünün yenilənməsi prosesinə səhər
saatlarında başlanılıb.
Qeyd edək ki, Bakı-Sumqayıt şosesi, “Sulutəpə” dairəsi
istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin
hərəkətinə qoyulan məhudiyyət səbəbindən Bakı-Sumqayıt şosesi,
Tbilisi prospekti, Ziya Bünyadov prospekti, Alı Mustafayev, Nəsimi
rayonu, Asif Məhərrəmov küçəsi,Beynəlxalq Avtovağzal, Binəqədi
rayonu, Mir Cəlal ilə Asif Məhərrəmov küçələrinin kəsişməsi,
Beynəlxalq Avtovağzal istiqamətlərində nəqliyyat sıxlığı müşahidə
olunur.

