Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib

Baş səhifə

Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib.

Modern.az xəbər verir ki, rayonun Xucbala kəndində qonaqlıq zamanı – 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-ci il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il N.Şabutova, 2010-cu il D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Onların paytaxt salatından zəhərləndikləri ehtimal olunur. Faktla bağlı araşdırma aparılır. (Report)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir