Son 47 ildə ilk: Xamenei görüşə getmədi

Baş səhifə

İranın Ali lideri Əli Xamenei “19 Bəhmən” (8 fevral) münasibətilə Hərbi Hava Qüvvələri komandirləri ilə ənənəvi görüş keçirməyib.

Metbuat.az bu barədə “Azad İran” Teleqram kanalına istinadən xəbər verir.

Məlumata görə, Hərbi Hava Qüvvələrinin komandirləri görüş mərasimini Tehranda İslam inqilabının rəhbəri Ruhulla Xomeyninin məqbərəsində keçiriblər. Tədbir Xameneinin iştirakı olmadan baş tutub.

Qeyd olunur ki, son 47 il ərzində ilk dəfədir ölkənin ali lideri 19 Bəhmən günü ilə əlaqədar Xomeyninin xatirəsinə həsr olunan tədbirdə Hərbi Hava Qüvvələri ilə birgə görüş keçirmir.

Xatırladaq ki, 19 bəhmən 1357-ci il (miladi təqvimlə 8 fevral 1979) tarixində şah dövrünün ordusuna daxil olan Hərbi Hava Qüvvələrinin texniki heyəti Tehranda Ruhulla Xomeyni ilə görüşüb və ona sədaqət andı içib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir