Qol vurdu, sevinmədi –

Baş səhifə

Türkiyənin “Qalatasaray” klubu bu gün rəqib meydanda “Çaykuru Rizespor”u böyük hesabla məğlub edərək liderlik mövqeyini bir qədər də gücləndirdi.

Metbuat.az xəbər verir ki, meydan sahiblərinin qapısından 3 cavabsız qol keçirən İstanbul təmsilçisi bu qələbə ilə xalını 41-ə çatdırdı. “Galatasaray”ın nigeriyalı ulduzu Viktor Osimenin vurduğu qoldan sonra sevinməməsi matçın ardından ən çox müzakirə edilən məqam oldu. Sosial şəbəkələrin Türkiyə seqmenti hadisəyə biganə qalmadı. Dərhal Viktor Osimenin İstanbulda xoşbəxt olmadığına dair iddialar ortaya atıldı.

Qeyd edək ki, Türkiyənin ən böyük futbol səhifələri də Osimenə geniş yer ayırıb. Azarkeşlər nigeriyalı ulduzun mövsümün sonunda “Qalatasaray”dan ayrılacağını iddia ediblər. Onun bu üzdən kluba əvvəlki qədər qatqı vermədiyi iddia olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir