İlon Mask “Tesla Semi” yük maşınlarının istehsalına başladığını açıqladı

Baş səhifə

Bakı. Trend:

“Tesla Semi” elektrik yük maşınının kütləvi istehsalına 2026-cı
ildə başlanılması planlaşdırılır.

Trend-in
məlumatına görə, bu barədə “Tesla” şirkətinin rəhbəri İlon Mask “X”
sosial şəbəkəsində yazıb.




“”Tesla Semi”nin kütləvi istehsalına bu il başlanacaq”, – deyə o
bildirib.

Avtomobil istehsalçısının rəsmi veb saytında yük maşınının
doldurulmadan 500 milə (təxminən 805 km) qədər məsafə qət edə
biləcəyi və “Tesla” şarj cihazlarının 30 dəqiqə ərzində məsafənin
60 faizə qədərini bərpa edə biləcəyi bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir