Xaçmazda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

Baş səhifə

Bakı. Trend:

Xaçmazda yol polisi əməkdaşları narkotik vasitənin təsiri
altında avtomobil idarə edən iki sürücü – Hikmət Əsədov və Nicat
Qafarovu saxlayıblar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hər iki şəxs tibbi
müayinəyə aparılıb və onların narkotik vasitənin təsiri altında
olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə H.Əsədov və
N.Qafarov inzibati qaydada həbs olunublar.




Qeyd edək ki, ilin əvvəlindən polisin həyata keçirdiyi
profilaktik tədbirlərlə Xaçmaz rayonu ərazisində narkotik
vasitələrin təsiri altında avtomobil idarə edən 19 sürücü müəyyən
edilib .

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir