
Bakı. Trend:
Xətai rayonunda sərnişin avtobusunda bir nəfərin içərisində
qızıl-zinət əşyaları və bank kartı olan pul kisəsi oğurlanıb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis
Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində
cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı
Pünhan Umudov müəyyən edilərək saxlanılıb.
Həmin şəxs oğurladığı qızıl-zinət əşyalarını 730 manata
satdığını, bank kartı ilə isə marketlərdə 900 manatlıq alış-veriş
etdiyini bildirib.
Araşdırmalar davam etdirilir.

