Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb – ölənlər var

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreyada ölkənin silahlı qüvvələrinə aid “AH-1S Cobra”
həmlə helikopteri qəzaya uğrayıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, insident Qapyunq əyalətində təlim uçuşu zamanı
baş verib və helikopterin yerə çırpılması nəticəsində göyərtədə
olan hər iki heyət üzvü həyatını itirib.




Hələlik qəzanın səbəbləri aydın deyil.

Qurbanlar toqquşmadan sonra ağır vəziyyətdə xəstəxanaya
çatdırılsalarda , həkimlər onların həyatını xilas edə bilməyib.

Qəza ilə əlaqədar Koreya ordusunda “AH-1S” helikopterlərinin
istismarı qəza səbəbləri tam aydınlaşdırılana qədər, qeyri-müəyyən
müddətə dayandırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir