
Bakı. Trend:
2025-ci ildə Azərbaycanla İsveçrə arasında ticarət
əməliyyatlarının həcmi 1,773 milyard ABŞ dolları təşkil edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 1,3
milyard ABŞ dolları və ya 3,8 dəfə çoxdur.
Hesabat dövründə İsveçrə ilə ticarət dövriyyəsi Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 3,59%-i həcmində olub. Bununla da
İsveçrə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət
əməliyyatları apardığı ölkələr sırasında 5-ci pillədə
qərarlaşıb.
Ötən il Azərbaycandan İsveçrəyə 480,3 milyon dollarlıq məhsul
ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 259,9 milyon ABŞ
dolları və ya 2,2 dəfə çoxdur.
Dövr ərzində İsveçrəyə ixrac əməliyyatlarının 132,6 milyon ABŞ
dolları bitumlu süxurlardan alınmış xam neft və xam neft
məhsullarının payına düşüb. Bu dəyərdə sözügedən məhsulların həcmi
isə 260,2 min ton təşkil edib. Əvvəlki ilin eyni dövründə
Azərbaycandan İsveçrəyə sözügedən məhsulların ixracı qeydə
alınmayıb.
Eyni zamanda 2025-ci ildə Azərbaycandan İsveçrəyə 347,8 milyon
ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da
2024-cü illə müqayisədə 127,4 milyon ABŞ dolları və ya 1,6 dəfə
çoxdur. Azərbaycanın qeyri-neft məhsulları ixracında İsveçrənin
payı 9,59% təşkil edib. Bununla da İsveçrə Azərbaycanın ən çox
qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 4-cü pillədə
qərarlaşıb.
Hesabat dövründə İsveçrədən Azərbaycana isə 1,293 milyard ABŞ
dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü
illə müqayisədə 1 milyard ABŞ dolları və ya 5,3 dəfə artım
deməkdir.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423
milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,
əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın,
24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard
dollar və ya 15,8% artıb.
Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3
dəfə azdır.

