
Bakı.Trend:
Rəqəmsallaşma dövlət idarəçiliyinin səmərəliliyini artırmaqla
yanaşı, iqtisadiyyatın rəqabətqabiliyyətinin yüksəldilməsinə və
vətəndaşlara göstərilənxidmətlərin keyfiyyətinin
yaxşılaşdırılmasında geniş imkanlaryaradır.
Trend xəbər
verir ki, bu fikirləri bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat
nazirinin müavini Samir Məmmədov Kibertəhlükəsizlik Mərkəzinin 6-cı
məzun günü tədbirində çıxışında deyib.
Nazir müavininon fikrincə, rəqəmsallaşma ilə paralel olaraq
informasiya sistemlərinin genişlənməsi kibertəhdidlərin artmasına,
məlumatların məxfiliyinin və bütövlüyünün pozulması risklərinə
səbəb olur:
“Hazırda ölkə səviyyəsində dövlət və özəl
sektordakibertəhlükəsizliyin gücləndirilməsi, milli
kibertəhlükəsizlikekosisteminin formalaşdırılması istiqamətində
ardıcıl vəsistemli tədbirlər həyata keçirilir. Bu tədbirlər
normativ-hüquqi bazanın təkmilləşdirilməsini, institusional
potensialıngücləndirilməsi və insan kapitalının inkişafını əhatə
edir.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28
avqusttarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə
dair Strategiyası” bu sahədə fəaliyyətinstrateji planlaşdırılmasını
və mərhələli şəkildə icrasınınəzərdə tutur. Strategiya çərçivəsində
həmçininkibertəhlükəsizlik üzrə peşəkar mütəxəssislərin
hazırlanmasıvə cəmiyyətimizin yüksək ixtisaslı kadrlarla təmin
edilməsiistiqamətində mühüm işlər davam etdirilir. Bununla yanaşı,
Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli
Sərəncamı ilə təsdiq edilmiş “Rəqəmsal İnkişaf Konsepsiyası”
dövlətin, biznes subyektlərinin və vətəndaşların məlumatlarının
qorunmasını, cəmiyyətin rəqəmsal savadlılığının artırılmasını və
İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanmasını əsashədəflər
kimi müəyyən edilib”.
Nazir müavini bildirib ki, yüksəkixtisaslı insankapitalının
yetişdirilməsi üzrə fəaliyyət qlobal beynəlxalq İT şirkətlərinin
ölkəmizə cəlb edilməsi ilə birgə vəhdət halındaicra edilməkdədir.
Məqsəd yalnız həmin şirkətlərinAzərbaycanda fəaliyyət göstərməsi
deyil, eyni zamanda yerliinsan kapitalının inkişafına real və
davamlı töhfə verməkdir:
“Bu şirkətlərin ölkəmizə gəlməsi ilkin bilik və bacarıqlaramalik
mütəxəssislərimizin işlə təmin olunmasına, onların real iş
mühitində təcrübə qazanaraq daha güclü peşəkar bilik vəbacarıqlara
yiyələnməsinə geniş imkanlar yaradır. Eynizamanda, bu əməkdaşlıqlar
vasitəsilə mütəxəssislərimizinxarici ölkələrdə həmin şirkətlərin
icra etdiyi beynəlxalqlayihələrə cəlb olunması təmin edilir ki, bu
da bilik və təcrübəmübadiləsi ilə yanaşı, ölkəmizə valyuta
axınlarınındəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu
istiqamətdə həyata keçirilən layihələr arasında xüsusilə“Andersen
Lab” və “EPAM Systems” şirkətləri ilə əməkdaşlıqları vurğulamaq
istərdim.
“Andersen Lab” şirkətinin Azərbaycanda rəsmi mərkəzi
artıqfəaliyyət göstərir və ölkəmizdə peşəkar
kadrlarınhazırlanmasına öz töhfəsini verir. Texnopark
rezidentistatusu ilə fəaliyyət göstərən bu mərkəz
Azərbaycanİnnovasiya Mərkəzi çərçivəsində yaradılıb. “Andersen Lab”
ilə həyata keçirilən proqramı çərçivəsində 210 nəfər təliməcəlb
olunub, hazırda isə 125 nəfər təlim prosesindədir. Xüsusilə
vurğulamaq istərdim ki, bu proqram çərçivəsindəseçilmiş
iştirakçılar yalnız təlimlə kifayətlənmir, eynizamanda “Andersen
Lab” şirkətində işlə təmin olunmuş, onlarla əmək müqavilələri
bağlanmış və real iş mühitindəpeşəkar inkişaf etməkdədirlər.
Proqramı uğurla tamamlayanmütəxəssislər “Andersen Lab” şirkətində
fəaliyyətlərin davam etdirəcək və şirkətin reallaşdırdığı qlobal
layihələrinbirbaşa iştirakçıları olacaqlar”.
RİNN rəsmisi əlavə edib ki, burada məqsəd təlimlə məşğulluğun
paralel şəkildə aparılmasının effektiv
modeliniformalaşdırmaqdır.

