“Epşteyn Sənədləri” üzrə ifadə verəcək istənilən şəxsin məhkəmədə müdafiəsini təmin etməyə hazıram – Mask

Baş səhifə

Bakı. Trend:

Dünyanın ən zəngin insanı, amerikalı biznesmen İlon Mask,
maliyyəçi Ceffri Epşteynin işi üzrə məhkəmədə ifadə verməyə razı
olan hər kəsin vəkil xərclərini ödəyəcəyini vəd edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Bu barədə həqiqəti deyən və buna görə məhkəməyə verilən
istənilən şəxsin hüquqi müdafiəsinin xərclərini mən ödəyəcəyəm”, –
Mask “X” sosial şəbəkəsində digər istifadəçinin paylaşımına cavab
olaraq yazıb.




O, həmçinin Epşteynin müştərilərinin siyahısının niyə daha əvvəl
ABŞ Konqresinə təqdim edilmədiyini və sonradan dərc olunmadığını
sual altına alıb.

Qeyd edək ki, Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının
hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluq
bildirib ki, 2002–2005-ci illərdə onun Manhettendəki evinə onlarla
yetkinlik yaşına çatmayan qızın gətirilməsini təşkil etdiyini
göstərən sübutlar mövcuddur; onlardan ən kiçiyinin yaşı 14
olub.

Epşteynin dostları və tanışları arasında təkcə ABŞ-dan deyil,
bir çox digər ölkələrdən (o cümlədən keçmiş dövlət başçıları), iri
sahibkarlar və şou-biznes ulduzları da daxil olmaqla çoxsaylı
hazırkı və keçmiş vəzifəli şəxslər yer alıb. ABŞ-də maliyyəçiyə
qarşı cinayət təqibi 2019-cu ilin avqustunda onun həbsxana
kamerasında ölməsindən sonra dayandırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir