Qara Dəniz Ticarət və İnkişaf Bankı ABŞ dolları ilə yeni istiqrazlar buraxıb

Baş səhifə

Bakı. Trend:

Qara dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) orta müddətli notlar
proqramı (Medium-Term Note, MTN) çərçivəsində yeni istiqraz
buraxılışı vasitəsilə 350 milyon ABŞ dolları vəsaiti uğurla cəlb
edib. Sözügedən proqramın ümumi həcmi 2,5 milyard avrodur.

Trend QDTİB-ə
istinadən xəbər verir ki, istiqrazların dövriyyə müddəti üç ildir,
sabit kupon dərəcəsi isə illik 5,625% təşkil edir və faiz
ödənişləri ildə iki dəfə həyata keçirilir.

“Müqavilə 5 yanvar 2029-cu il tarixində ödəniş müddəti başa
çatan ABŞ Xəzinə istiqrazlarına nisbətən 205,5 baza bəndi spredlə
qiymətləndirilib. Sifariş kitabı açıldıqdan sonra ilkin
göstəricilərlə müqayisədə kuponun 62,5 baza bəndi azalmasına
baxmayaraq, buraxılış investorlar arasında yüksək maraq doğurub:
abunə həcmi əvvəlcədən planlaşdırılan 300 milyon ABŞ dollarını 6,7
dəfə üstələyib.




İstiqrazlara geniş coğrafi əhatədən – Avropa, ABŞ, Asiya və
Yaxın Şərqdən olan institusional investorlar tərəfindən əhəmiyyətli
tələbat olub”, – məlumatda qeyd olunur.

Vurğulanır ki, yerləşdirmə nəticəsində cəlb edilən vəsaitlər
QDTİB-in iştirakçı ölkələrdə əməliyyatlarının dəstəklənməsinə və
inkişaf proqramlarının həyata keçirilməsinə yönəldiləcək.

Qeyd edək ki, Qara dəniz Ticarət və İnkişaf Bankı Albaniya,
Ermənistan, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan,
Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna tərəfindən təsis
edilmiş beynəlxalq maliyyə institutudur. Bankın mənzil-qərargahı
Yunanıstanın Saloniki şəhərində yerləşir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir