
Bakı. Trend:
İsrail hərbiləri Qəzza zolağının cənubunda yerləşən Rəfah
şəhərində gizli tuneldən çıxaraq əsgərlərə hücum edən dörd
fələstinli silahlını zərərsizləşdirib.
Trend xəbər verir
ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
IDF-in bildirdiyinə əsasən, Rəfahın şərqində aparılan təmizləmə
əməliyyatları zamanı tuneldən çıxaraq 7-ci Zirehli Briqadanın
hərbçilərinə atəş açan dörd terrorçu müəyyən edilib.
Əsgərlər cavab atəşi açıblar və dörd terrorçunu məhv ediblər.
Hadisə nəticəsində israilli hərbçilər arasında itki barədə məlumat
yoxdur.
IDF bu hücumu İsrail ilə HƏMAS arasında mövcud olan atəşkəsin
“açıq-aşkar pozulması” kimi qiymətləndirir və insidentə “son dərəcə
ciddi” yanaşdığını bildirir.

