Naxçıvanın yeni baş naziri kimdir? –

Baş səhifə

Xəbər verdiyimiz kimi, Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub.

Metbuat.azKredit.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib.

C.Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.

O Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. C.Musayev eyni zamanda iqtisad üzrə fəlsəfə doktorudur.

2004-2013-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləmiş, 2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.

2016-cı ilin aprel ayının 18-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib. Yeni Baş nazir Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ildə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət qulluğunun kiçik müşaviridir. Evlidir, iki övladı var.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir