BVF-nin nümayəndə heyəti Ağdam Sənaye Parkında olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın daxil olduğu
Seçki Qrupu üzrə İcraçı direktor Patrik Loşevskinin başçılıq etdiyi
nümayəndə heyəti İqtisadi Zonaların İnkişafı Agentliyinin
idarəçiliyində olan Ağdam Sənaye Parkına səfər edib.

Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı
Agentliyinə (İZİA) istinadən xəbər verir.




Məlumat verilib ki, indiyədək Ağdam Sənaye Parkında 32 biznes
subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu
verilib. Sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə
145,8 milyon manat investisiya yatırılıb, 1000-ə yaxın daimi iş
yeri yaradılıb. İşə qəbul zamanı Ağdam və ətraf rayonlardan olan
əhaliyə üstünlük verilir. Hazırda Ağdam Sənaye Parkında 13 müəssisə
fəaliyyət göstərir. Sənaye parkında sahibkarlar tərəfindən 1,4
milyard manatlıq məhsul satışı həyata keçirilmişdir ki, bunun 62,3
milyon manatlıq hissəsi ixrac olub.

BVF-in nümayəndələri Ağdam Sənaye Parkının rezidentlərindən olan
“Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin iş
prosesi ilə tanış olublar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir