Türkiyədə 28 vilayətdə FETÖ əməliyyatı – 60-dan çox saxlanılan var

Baş səhifə

Bakı. Trend:

Türkiyənin 29 vilayətində hüquq mühafizə orqanlarının iki həftə
ərzində həyata keçirdiyi əlaqələndirilmiş geniş-miqyaslı
əməliyyatların gedişində FETÖ əlaqələri olduğu müəyyən edilən
60-dan çox insan şübhəli şəxs qismində saxlanılıb.

Trend xəbər verir
ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya sosial şəbəkə
hesabında məlumat paylaşıb.




“FETÖ-yə qarşı 29 vilayətdə son 2 həftə ərzində keçirilən
əməliyyatlarda 63 şübhəlini saxlamışıq”, -deyə Yerlikaya qeyd
edib.

Nazirin yazdığına görə, həmin şəxslər FETÖ terror təşkilatının
cari strukturu daxilində fəaliyyət göstərməkdə, taksafonlarla
təşkilat daxilində məsul şəxslərlə əlaqə saxlamaqda, terror
təşkilatı ilə əlaqəli qondarma yardım qurumlarına maliyyə dəstəyi
verməkdə, sosial media hesabları üzərindən FETÖ-nün təbliğatını
aparmaqda və xaricə qaçmağa cəhd etməkdə şübhəli bilinirlər.
Onlardan 41-i barəsində həbs qərarı verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir