Məşhur restoranda saxta alkoqollu içkilər aşkarlandı (FOTO)

Baş səhifə

Bakı. Trend:

Qusar şəhəri, Quba-Qusar yolunda fəaliyyət göstərən, fiziki şəxs
Tağıyeva Romelya Akif qızına məxsus “Ay İşığı” restoranında Qida
Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən
yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin
pozulduğu məlum olub.

Trend xəbər
verir ki, bu barədə AQTA məlumat yayıb.




Bildirilir ki, restoranda müşayiətedici sənədləri olmayan
müxtəlif növ qida məhsulları və yararlılıq müddəti bitmiş
alkoqolsuz içkilər aşkarlanıb. Həmçinin mal qonşuluğu prinsipinə
əməl olunmur, temperaturun monitorinqi və qeydiyyatı aparılmır,
havalandırma sistemi quraşdırılmayıb, işçilər ilkin və dövri tibbi
müayinədən keçməyib və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib,
ictimai iaşə müəssisəsində işlərin görülməsinin, xidmətlərin
göstərilməsinin dayandırılması, istehlaka yararsız məhsulların
satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir