
Bakı. Trend:
2025-ci il ərzində inzibati nəzarət qaydasında baxılması üçün
daxil olmuş 81 711 (o cümlədən Naxçıvan Muxtar
Respublikasının Ədliyyə Nazirliyində 1 935)
bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 79
448 (97,2 %) aktın qanunvericiliyə uyğun
olduğu müəyyən edilib.
Trend-in
məlumatına görə, bu məlumat Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı
Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsində öz əksini
tapıb.
Bildirilib ki, normativ hüquqi aktların tələblərinə zidd olan
1 645 (2 %) aktın dəyişdirilməsi
və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib,
618 akt (0,8 %) isə növbəti ilə
qalıq keçib.
Verilmiş təkliflər əsasında bələdiyyələr tərəfindən
644 (0,79 %) akt ləğv edilib,
950 (1,16 %) akt dəyişdirilib,
44 (0,05 %) təklif isə növbəti
ilə qalıq keçib. Bələdiyyələr tərəfindən təmin olunmayan
7 (0,008 %) təklif üzrə
məhkəmələrdə iddia qaldırılıb.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4
132 müraciətdən 3 618-nə
(87 %) baxılıb, 204-ü
(5 %) aidiyyəti üzrə göndərilib,
310 (8 %) müraciət isə növbəti
ilə qalıq keçib. Müraciətlər üzrə inzibati nəzarət icraatı
nəticəsində aşkar edilərək dəyişdirilməsi və ləğv edilməsi ilə
bağlı aidiyyəti bələdiyyələrə verilmiş təkliflər əsasında
qanunvericiliyin tələblərinə zidd 53 bələdiyyə
aktının hamısı ləğv edilib.
Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət
icraatı zamanı təklif verilən 1 698 aktdan
697-si (41 %) ləğv edilib,
950-si (56 %) dəyişdirilib,
7 (0,4 %) təklif üzrə
məhkəmələrdə iddia qaldırılıb, 44
(2,6 %) təklif isə növbəti ilə qalıq keçib.

