Azad edilmiş 4 kəndin su və kanalizasiya sisteminin tikintisi üzrə 7,3 milyon manatlıq işlərə başlanılır

Baş səhifə

Bakı. Trend:

Cəbrayıl rayonunun Soltanlı kəndinin su təchizatı və
kanalizasiya sisteminin tikintisi işlərinə başlanılır.

Trend-in
dövlət satınalmalarının vahid internet portalına istinadən
məlumatına görə, görləcək işlər Cəbrayıl rayonunun Maşanlı,
Soltanlı, Böyük Mərcanlı, Sarıcalı kəndlərinin xarici su təchizatı
və kanalizasiya sisteminin tikintisi çərçivəsində aparılacaq.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA)
tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla
bağlı müvafiq işlərə start verib.




Qurum hazırda sözügedən işləri icra edəcək
şirkətimüəyyənləşdirməkdədir.

Eyni zamanda görüləcək işlərin 7,305 milyon manata başa gələcəyi
proqnozlaşdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir