
Bakı. Trend:
Mərakeşin şimalında güclü daşqın səbəbindən 150 mindən çox insan
məcburi köçkün düşüb.Təbii fəlakət nəticəsində 4 nəfər həlak olub,
bir nəfər itkin düşüb. Ölənlərdən biri iki yaşlı uşaq olub.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Daşqın əraziləridən təxliyə olunan insanlar Kenitra yaxınlığında
qurulmuş düşərgədə çadırlarda qalırlar. Yaranmış şəraitdə ərzaq və
tibbi yardıma tələbat kəskin şəkildə artıb.
Zərərçəkənlər ərazidən qayıq və helikopterlərin köməkliyi ilə
çıxarılıblar.

