Nəsi rayonunun yeni icra başçısı təyin olunan Tahir Budaqov kimdir? – Dosye

Baş səhifə

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq
Sərəncamları ilə Tahir Yaqub oğlu Budaqov Dövlət Statistika
Komitəsinin sədri vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin
başçısı təyin olunub.

Trend Tahir
Budaqovun dosyesini təqdim edir:

T.Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası
Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub.

1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə
diplomu ilə bitirib. 1987-1989-cu illərdə kliniki ordinaturada,
1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib.

Tibb elmləri namizədidir. 1997-1999-cu illərdə Əlillərin Bərpa
Mərkəzinin baş həkimi işləyib. 1999-2006-cı illərdə Əmək və
Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə
Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə
müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami
Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Prezident İlham Əliyevin 13 avqust 2015-ci il tarixli Sərəncamı
ilə Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin
edilib.




Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu, 3-cü
dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP
Siyasi Şurasının, 2021-ci il martın 5-dən isə YAP İdarə Heyətinin
üzvüdür.

Prezident İlham Əliyevin 5 mart 2021-ci il tarixli Sərəncamı ilə
Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın
rəhbəri təyin edilib.

Prezident İlham Əliyevin 2024-cü il 31 dekabr tarixli 439
nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi
həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif
edilib.

Evlidir, üç övladı var.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir