
Bakı.Trend:
2024-cü illə müqayisədə ötən il vəfat edənlərin sayında artım,
xəsarət alanların sayında isə azalma müşahidə olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar
Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilib ki, 2024-cü ildə vəfat edənlərin sayı 40 nəfər,
xəsarət alanların sayı isə 210 nəfər təşkil edib ki, bu, ötən illə
müqayisədə vəfat edənlərin sayında 20 faktın artması, xəsarət
alanların sayında isə 11 faktın azalması deməkdir.
“2025-ci il ərzində baş vermiş yanğınlar zamanı 60 nəfər
həyatını itirib, 199 nəfər isə xəsarət alıb. Vəfat edənlərin 50
nəfəri, yəni 83.3 %-i, xəsarət alanların 161 nəfəri 80.1 %-i
yaşayış evlərində baş verən yanğınların payına düşür”,- deyə
FHN-dən əlavə edilib.

