"Zirə" "Qalatasaray"ın yetirməsini transfer edib

Baş səhifə

“Zirə” yeni futbolçuyla anlaşıb.

Modern.az xəbər verir ki, bu barədə komanda özü məlumat yayıb.

Bildirilib ki, komanda türkiyəli Eren Aydını heyətinə qatıb.

Hücumçuyla cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, “Qalatasaray” yetirməsi olan 21 yaşlı oyunçu daha əvvəl ölkəsinin “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” və Ukraynanın “Veres” klublarında çıxış edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir