Özbəkistan şirkətləri ilə Azərbaycanın Orta Dəhliz üzrə tranzit imkanları müzakirə olundu

Baş səhifə

Bakı.Trend:

AZCON Holdinq şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları”
QSC-nin (ADY) nümayəndə heyəti Daşkənd şəhərində Özbəkistanın
aparıcı yükdaşıma xidmətləri göstərən şirkətlərinin nümayəndələri
ilə görüşüb.

Trend xəbər
verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, görüşdə Orta Dəhlizin artan strateji əhəmiyyəti,
Azərbaycanın bu marşrut üzrə tranzit imkanları və regionlararası
yükdaşımaların inkişaf perspektivləri müzakirə olunub.




ADY-nin müasir dəmir yolu və liman infrastrukturu, eləcə də
multimodal daşımalar üçün təqdim etdiyi çevik və
rəqabətqabiliyyətli həllər barədə ətraflı məlumat verilib.

Tərəflər yükdaşımaların həcminin artırılması, logistika
proseslərinin optimallaşdırılması və uzunmüddətli əməkdaşlıq
imkanları barədə fikir mübadiləsi aparıblar.

Özbəkistanlı yükgöndərənlər ADY ilə əməkdaşlıqda və Orta Dəhliz,
o cümlədən Avrasiya Nəqliyyat Marşrutu üzrə birgə layihələrin
həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir