Məhkəmə Əli Kərimli ilə bağlı qərar verdi

Baş səhifə

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi çərçivəsində həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Metbuat.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində DTX-nin müstəntiqlərinin vəsatəti əsasında Ə.Kərimli barəsində seçilmiş həbs qətimkan müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Məhkəmə təqdimatı təmin edib və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirini daha 4 ay müddətinə uzadıb.

Qeyd edək ki, Ə.Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.

Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi üzrə ittiham verilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir