
Bakı. Trend:
Venesuelada 2025-ci ilin noyabr ayından bəri 897 məhbus azadlığa
buraxılıb.
Trend xəbər verir
ki, bu barədə hakim Venesuela Birləşmiş Sosialist Partiyasının baş
katibi və Respublikanın daxili işlər naziri Diosdado Kabello
məlumat verib.
Kabello bildirib: “897 nəfər azadlığa buraxılıb. Yəni, 897 yox,
896 nəfərdir, çünki bir nəfər insanları küçələrə çıxmağa çağıraraq
azadlığa buraxılma şərtlərini pozduğuna görə yenidən həbs
edilib”.
O həmçinin vurğulayıb ki, Venesuela sülh istəyir.

