
Bakı. Trend:
Rusiyanın Krasnodar diyarında 4,8 bal gücündə zəlzələ qeydə
alınıb.
Trend xəbər verir
ki, seysmik hadisə ilə bağlı məlumatlar Avropa–Aralıq dənizi
Seysmoloji Mərkəzinin saytında dərc edilib.
Məlumata görə, zəlzələnin episentri Novorossiysk şəhərindən 35
kilometr şimal-qərbdə və Anapskaya kəndindən 13 kilometr məsafədə
yerləşib. Yeraltı təkanların ocağı təxminən 10 kilometr dərinlikdə
olub.
Hazırda mümkün dağıntılar və ya tələfat barədə məlumat yoxdur.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.

