“Liverpul” Carell Kuansanı geri qaytarmaq niyyətindədir

Baş səhifə

Bakı. Trend:

“Liverpul” klubu mövsümün əvvəlində Almaniyanın “Bayer” klubuna
satdığı Carell Kuansanı yenidən heyətinə qatmaq istəyir.

Trend xəbər verir
ki, klublar arasında əldə olunan razılaşmaya əsasən, İngiltərə
çempionu 2027-ci ilin yayında 23 yaşlı mərkəz müdafiəçisini geri
almaq hüququna malikdir.




Bildirilir ki, “Liverpul”un bu hüquqdan istifadə edəcəyi
gözlənilir.

Qeyd edək ki, Carell Kuansa cari mövsümdə “Bayer”in heyətində
keçirdiyi 28 oyunda 2 qola imza atıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir