Ronaldonun tələbləri yerinə yetirildi

Baş səhifə

Kriştiano Ronaldo “Əl-Nəsr” klubunda başladığı etiraz aksiyasını yekunlaşdırıb.

Metbuat.az xəbər verir ki, klub, futbolçunun bəzi tələblərini yerinə yetirib. “A Bola” nəşrində dərc edilən xəbərə görə, “Əl-Nəsr” portuqaliyalı direktorlar Jose Semedu və Simao Koutinyonu vəzifələrinə qaytarıb. Həmçinin klub bəzi əməkdaşların borclu olduğu maaşlarını ödəyib.

Qeyd edək ki, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun “Əl-Nəsr”ə münasibətindən narazılıq etmişdi. Ronaldo hesab edir ki, fond, nəzdində olan digər rəqib klublara daha yaxşı münasibət bəsləyir. Ronaldo fondun “Əl-Nəsr”ə az investisiya qoyduğunu irəli sürmüşdü.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir