
Kanada Vaşinqtona Ontario ilə Miçiqan ştatı arasında tikilən körpünün üzərində mülkiyyət hüquqlarının ən azı yarısını verməyənədək ABŞ prezidenti Donald Tramp obyektin açılmasına icazə verməyəcək.
APA xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” hesabında yazıb.
“Danışıqlara dərhal başlayacağıq. Onlara verdiyimiz hər şeyi nəzərə alsaq, bu aktivin ən azı yarısına sahib olmalıyıq”, – deyə Tramp qeyd edib.
O, yaranmış vəziyyətdə məsuliyyəti ABŞ-ın sabiq prezidenti Barak Obamanın üzərinə qoyaraq bildirib ki, Obama “ağılsızcasına” mülkiyyət hüquqlarından imtina edib.

