Müdafiə sənayesi naziri aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlıq imkanlarını müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində “World
Defence Show 2026” beynəlxalq sərgisində iştirak edən Azərbaycan
Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev fevralın
9-da bir sıra görüşlər keçirib.

Trend xəbər verir ki, bu
barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Nazir Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədr müavini
Gökhan Uçar, Sudanın Müdafiə Sənayesi Sisteminin baş direktoru
Mirgani İdris Süleyman, Sinqapurun “ST Engineering”, Çexiyanın
“Colt CZ”, Çinin “ALIT” və “CETCİ”, Türkiyənin “BAYKAR”, “TUSAŞ” və
“HAVELSAN”, həmçinin Amerika Birləşmiş Ştatlarının “Trillium”
şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.




Görüşlərdə müdafiə sənayesi sahəsində mövcud əməkdaşlıq
əlaqələri, beynəlxalq təcrübənin daha dərindən öyrənilməsi, baş
verən qlobal tendensiyalar, müasir innovativ texnologiyaların
tətbiqi və sənaye imkanlarının inkişafı ilə bağlı fikir mübadiəsi
aparılıb.

Müzakirələr zamanı tərəfdaşlıq münasibətlərinin
genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, bu cür beynəlxalq
platformaların təcrübə mübadiləsi və peşəkar dialoq baxımından
yaratdığı imkanlar qeyd edilib. Tərəflər müdafiə sənayesi sahəsində
açıq dialoqun və qarşılıqlı anlayışın vacibliyini önə çəkiblər.

İşgüzar və konstruktiv şəraitdə keçən görüşlər müdafiə sənayesi
sahəsində beynəlxalq əlaqələrin möhkəmləndirilməsi baxımından
faydalı müzakirələrlə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir