Lənkəranda ahıl yaşlı şəxslərin təqaüd kartlarını talayan şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Lənkəranda ahıl yaşlı şəxslərin təqaüd kartlarını talayan şəxs
saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lənkəran
Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları ahıl yaşlı şəxslərin təqaüd
kartlarından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum
olunmuş 30 yaşlı Coşqun Hüseynovu saxlayıblar.




Araşdırmalarla məlum olub ki, C. Hüseynov bankomatların
yaxınlığında dayanaraq kömək üçün ona müraciət edən yaşlı şəxslərin
kartlarını alıb, onlara içində vəsait olmayan başqa kartlar
qaytarıb. Daha sonra isə o, əldə etdiyi kartlardakı vəsaiti
nağdlaşdırıb.

C. Hüseynov bu üsulla 6 təqaüdçünün ümumilikdə 2389 manatını ələ
keçirib. Faktlarla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir