ADY qeyri-sabit hava şəraiti ilə bağlı sərnişinləri diqqətli olmağa çağırır

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə
olunan qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcı
tədbirlər görür.

Trend xəbər verir ki, bu
barədə ADY məlumat yayıb.

Bildirilir ki, ölkə boyunca dəmiryol vağzal, stansiya və
dayanacaqlarında qatarların və sərnişinlərin təhlükəsiz hərəkəti
üçün işçi heyəti fasiləsiz çalışır, platformalarda xüsusi örtüklər
salınıb.




“Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir. Hava
şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək.

Sərnişinləri platformalarda hərəkət zamanı diqqətli olmağa və
dəmiryol xətlərini müvafiq keçidlərdən keçməyə çağırırıq”, –
qurumdan əlavə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir