ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!

Baş səhifə

Bakı. Trend:

Qlobal maliyyə dünyasının ən mötəbər nəşrlərindən sayılan “The
Banker” jurnalının fəaliyyətə başlamasından 100 il ötür. Bu
münasibətlə jurnalın yubiley nömrəsi buraxılıb. “Əsrin bankçılığı”
sloqanı ilə işıq üzü görən jurnalda dünyanın aparıcı bankları ilə
yanaşı, ABB haqqında da məqalə dərc edilib. Məqalə Bankın çevik
fəaliyyət təcrübəsinə həsr olunub.

“Agile bankçılıq: maliyyə institutları yeni dövrə necə uyğunlaşa
bilər?” sərlövhəli məqalədə qeyd edilir ki, rəqəmsallaşma
prosesləri, artan müştəri gözləntiləri və süni intellekt reallığı
ilə bağlı olaraq artıq bütün dünyada banklar öz fəaliyyətlərinə
yenidən baxmaqdadırlar. Belə bir mühitdə dəyişikliklərə sürətlə
uyğunlaşa bilmək banklar üçün əsas məsələdir.

ABB-nin təcrübəsi buna uğurlu nümunə sayıla bilər. Son illərdə
Bank 100-dən çox rəqəmsal məhsul təqdim edib. Satış, risk
idarəçiliyi, müştərilərlə kommunikasiya və s. sahələrdə 80-dən çox
süni intellekt modelinin tətbiqinə başlayıb. Bunun nəticələri isə
həm əməliyyat səmərəliliyində, həm də müştəri təcrübəsində özünü
göstərir. Banka yeni müştərilərin 65%-i artıq rəqəmsal kanallar
vasitəsilə cəlb olunur. Bu da rəqəmsal bankçılığa keçidin güclü
göstəricisidir.

Agile təcrübə sayəsində ABB məhsulun bazara çıxma müddətini 147
gündən 59 günə qədər endirib. Bankda işçi məmnunluğu 84,2-ə,
müştəri məmnuniyyəti isə 76,9-a yüksəlib. Belə bir nəticə
Azərbaycanın bank sektorundakı ən yüksək göstəricilərdəndir.
ABB-nin əldə etdiyi bu irəliləyişlər, təşkilati çevikliyin məhsulun
sürətli çatdırılmasına, komandanın güclənməsinə, yaxşı müştəri
təcrübəsinin yaranmasına necə müsbət təsir göstərdiyini nümayiş
etdirir.




Əsl çeviklik texnologiyadan da çox, düşüncə tərzi və
davranışlarla bağlıdır. ABB məhz buna nail olaraq xidmətlərini
rəqəmsal ekosistemlərə daxil edə bilib.

“The Financial Times” qrupuna aid olan “The Banker” jurnalı
1926-cı ildən nəşr edilir. Baş ofisi Londonda yerləşir. Jurnal
bütün dünyada yayılır. Onun əsas oxucu auditoriyası bank və maliyyə
qurumlarının, tanınmış şirkətlərin menecerləri, beynəlxalq kapital
bazarlarının fəal iştirakçılarıdır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet
səhifəsi https://abb-bank.az/,
937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən
əldə etmək mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir