
Bakı. Trend:
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim
olunub.
Trend xəbər verir ki,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nəsimi Rayon
İcra Hakimiyyətinin başçısı təyin olunan Tahir Yaqub oğlu Budaqov
bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev
tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə
kollektivə təqdim olunub.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının
tapşırıq və tövsiyələrini çatdırıb.
T.Budaqov ona göstərilən etimada görə minnətdarlıq edib.

