
“Real Madrid”in kapitanı Daniel Karvahal mövsümün sonunda klubdan ayrıla bilər.
Metbuat.az xəbər verir ki, əsas heyətdə yerini itirən futbolçunun müqaviləsi mövsümün sonunda yekunlaşır. “The Athletic” nəşrində dərc edilən xəbərə görə, klub rəhbərliyi futbolçu ilə hələlik müqavilə imzalamayıb. “Real Madrid” futbolçunun mövqeyinə yeni oyunçuların transferini nəzərdən keçirir.
Qeyd edək ki, Daniel Karvahal 2013-cü ildən etibarən “Real Madrid”də çıxış edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

