Rəşad Nəbiyev ABŞ Ticarət Palatasının vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Ticarət
Palatasının vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüş keçirib.

Trend xəbər verir ki, bu
barədə RİNN məlumat yayıb.




Görüşdə “Apple”, “Mastercard”, “Visa”, “Ericsson”, “Motorola
Solutions”, “Honeywell”, “Parallel Wireless”, “Meta”, “Resecurity”,
“Global Data Risk”, “WhiteFox Defense Technologies”, “bp”, “Lummus
Technology” və digər aparıcı ABŞ şirkətlərinin rəhbər və
nümayəndələri iştirak edib.

Görüş zamanı kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal
texnologiyalar sahələrində əməkdaşlıq imkanları müzakirə
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir