İSB-nin yenilənmiş internet səhifəsi təqdim edilib

Baş səhifə

Bakı. Trend:

İcbari Sığorta Bürosunun (İSB) yenilənmiş internet səhifəsi –
www.isb.az media
nümayəndələrinə təqdim edilib.

Trend xəbər
verir ki, bunu “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının
Rəqəmsal həllərin inkişafı departamentinin rəhbəri İslam İsmayılov
büronun 2025-ci ildə icra olunmuş strateji layihələri üzrə
hesabatının təqdimatında bildirib.




Onun sözlərinə görə, saytın yeni dizayn və təkmilləşdirilmiş
strukturla istifadəyə verilməsində məqsəd istifadəçilər üçün daha
rahat, çevik və funksional platformanın yaradılması, informasiya
əlçatanlığının artırılmasıdır.

“Yenilənmiş veb səhifədə naviqasiya sistemi sadələşdirilib, ən
çox istifadə olunan bölmələr ön plana çıxarılıb, Azərbaycan və
ingilis dillərində istifadə imkanı təmin edilib. İSB-nin
informasiya sistemində “Şəxsi kabinet”in dizaynı yenilənib və
funksionallığı genişləndirilib. Bununla yanaşı, 4 yeni elektron
xidmət – “Bonus-Malus əmsalı üzrə onlayn müraciət”, “Radar cəriməsi
üzrə onlayn müraciət”, “Şəxsin yazılı razılığı əsasında sığorta
hadisəsi tarixçəsinin sorğulanması üzrə onlayn müraciət” və
“Sığorta hadisəsi üzrə müstəqil ekspert təyini üçün onlayn
müraciət” istifadəyə verilib ki, bu da xidmətlərin daha operativ və
səmərəli göstərilməsinə imkan yaradır”, – o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir