Tərtərdə yol qəzasında bir nəfər həyatını itirib

Baş səhifə

Bakı. Trend:

Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə
nəticələnib.

Trend-in
yerli müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Seydimli
kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini İxtiyar Cəfərovun idarə etdiyi “JAC”
markalı minik avtomobili hərəkətdə olarkən sürücünün idarəetməni
itirməsi səbəbindən yoldan çıxaraq aşıb.




Qəza zamanı avtomobildə sərnişin qismində olan Bərdə rayon
sakini, 1977-ci il təvəllüdlü Ramil Hüseynov hadisə yerində
həyatını itirib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir