Deputat Milli Məclisdə məktəbdəki insidentdən danışdı

Baş səhifə

Bakı. Trend:

Çıxışımda son günlər Bakıda məktəblərdən birində baş verən
xoşagəlməz hadisəyə toxunmaq istəyirəm. Bu gün xüsusilə ağıllı
telefonlar, sosial media, internet oyunlarının uşaq və
yeniyetmələrin tərbiyəsinə mənfi təsiri gündən-günə daha da
artmaqdadır. Artıq dünyanın bir sıra ölkələrində həyəcan təbili
çalınmaqdadır.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun
Məmmədov parlamentin bugünkü plenar iclasında “Təhsil haqqında”
Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi
zamanı deyib.

Millət vəkili bildirib ki, uşaq və yeniyetmələrin bu zərərli
təsirlərdən qorunması məqsədilə tənzimləyici mexanizmlər barədə
ciddi düşünməyə ehtiyac var:




“Xüsusilə bir sıra internet oyunları var ki, onlardan ölkədə
sərbəst istifadənin qarşısının alınması barədə düşünməliyik.
Təəssüf ki, bu gün istənilən yeniyetmənin bu oyunlara sərbəst
çıxmaq imkanı var. Bu imkanların məhdudlaşdırılmasına ciddi ehtiyac
var”.

Deputat xatırladıb ki, artıq dünyanın bir sıra ölkələrində 16
yaşadək uşaqlara internetdən sərbəst istifadəyə məhdudiyyətlərin
tətbiqi barədə müzakirələr aparılır, qərarlar qəbul edilir. Bir
sıra Avropa ölkələri, o cümlədən İtaliya və İspaniyada artıq qərar
və qanunların qəbul olunmasına başlanılıb.

“Artıq ölkəmizdə də bu istiqamətdə işlərə başlanılmasına ehtiyac
var. Əks halda bu cür halların sayı daha da artacaq, proseslərin
qarşısını almaq daha da çətinləşəcək. Heç şübhəsiz ki, bu məsələdə
həm məktəblərimizin, həm də ailələrimizin üzərinə böyük məsuliyyət
düşür. Ailələrimiz övladlarına daha çox vaxt ayırmalı, tərbiyə
işinə daha çox diqqət yetirməli, onlarla daha çox ünsiyyətdə
olmalıdırlar”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir