Yaponiyada güclü qar səbəbindən 46 nəfər həyatını itirib

Baş səhifə

Bakı. Trend:

Yaponiyada son 3 həftə ərzində güclü qar səbəbindən azı 46 nəfər
həyatını itirib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, soyuqlarla əlaqədar daha 558 nəfər xəsarət
alıb.




Güclü qar yağışı Yaponiyanın şimal rayonlarında yanvarın 20-də
başlayıb. Əlverişsiz hava şəraiti bütün ölkə boyunca nəqliyyatın
hərəkətində ciddi problemlərə yol açıb.

Yerli meteorologiya xidmətinin məlumatına görə, Honsyu adasının
şimalında yerləşən Aomori şəhərində qar qalaqlarının qalınlığı bəzi
yerlərdə 1,3 metrə çatır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir